Qurban Qurbanov: "İstəyərəm məsələni 90 dəqiqədə həll edək"

18:42 31 İyul 2018

“Çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Hər vurulan və bruaxılan qol nəticəyə təsir edəcək. Diqqətli, ehtiyatlı olmalıyıq. Qalib gəlmək üçün əlimizdən gələn ən yaxşısını etməyə çalışacağıq. Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün yararlanmağa çalışacağıq. Futbolçuların hamısı tam hazırdı. Çalışırıq ki, bəzi detalları daha yaxşı edək. Rəqib də oyuna tam ciddi hazırlaşır. Ümid edirik ki, sabah sərfəli nəticə olacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdamlılar Çempionlar Liqası II təsnifat mərhələsi cavab oyunları çərçivəsində "Kukesi" ilə qarşılaşacaq. İlk oyunu qolsuz bərabərliklə birən matçdan öncə Qurban Qurbanov mətbuat konfransında jurnalistlrin suallarını cavablandırıb.

 

- “Kukesi” barədə istənilən məlumatı almısızmı? Nələri qeyd edə bilərsiz?

- Demək olar ki, bütün məlumatı almışıq. Bizimlə oyuna fərqli sistemdə çıxdılar. Sabah da ola bilsin ki, dəyişiklik etsinlər. Amma yenə də köklü dəyişiklərə inanmıram. Buna baxmayaraq, hazır olmalıyıq. Futbolçulara bununla bağlı təlimat vermişəm.

 

- Rəqibin bəzi futbolçuları "Qarabağ"ın güclü olduğunu deyib. Ola bilərmi, bu açıqlamalar komandanı arxaynaşdırmaq üçün deyilib?

- Ola bilər. İnanıram ki, bizim futbolçularımız da bunu bilir. Təcrübəlidirlər. Oyuna necə hazırlaşmaq lazım olduğunu bilirlər. Rəqibin açıqlaması, fikirləri bizim oyuna təsir etməməlidir. Bəzi fikirlər isə, əlbəttə, bizə siqnal verir.

 

- Delarj və Emeqara start heyətində yer alacaqmı?

- Delarj və Emeqara bizim istədiyimiz idman formasında deyil, ancaq ən azı biri start heyətdə ola bilər, tam qərarı sabah verəcəyik

 

- Ötən oyunda rəqib "avtobus qurmuşdu"...

- Son vaxtlar "avtobus qurma" ifadəsi dəb halına düşüb. Mən belə şeylərə önəm vermirəm. Hər komanda öz rəqibinə fərqli yanaşır. Əgər bu üslubu seçirlərsə, hücumlarımızn qarşısını almağı da düşünürlər. Hər cəhdimizin qarşısını almağı düşünürlər, bunu bilirik. Hər bir halda, bizim üçün bunun əhəmiyyəti yoxdu, öz hücumlarımızı edəcəyik. Düşünürəm ki, sabah qol vurmaq imkanımız çox olacaq. Əsas isə, qol buraxmamaq haqda düşünməliyik. Ancaq qol vurmaq haqda düşünsək, müdafiədə səhvlər edə bilərik.

 

- Komandanın qol vurmaq istəyi sanki alınmır? Bu sizi narahat edir?

- Səncə narahat edər, yoxsa yox? Addımlar atırıq, qol vurmaq üçün hücumlar edəcəyik. Bu amil bizi narahat edir. Belə oyunlarda, ümumiyyətlə, qolların sayı az olur. Hər bir halda qol vurmaq haqda da düşünürük və yaranış boşluğu aradan qaldırmaq üçün çalışacağıq.

 

- Birinci oyun "Qarabağ" daha üstün idi. Bakıda da yəqin rəqib belə, müdafiəyə meyilli oynayacaq. Rəqib baş məşqçinin də dediyinə görə, "Kukesi" tərəfi oyunu 120 dəqiqə davam etməsini düşünür. Yəqin ki 120 dəqiqəlik mübarizə istəmirsiz...

- Əlbəttə, istəyərəm məsələni 90 dəqiqədə həll edək. Hər məşqçinin fikirlrinə hörmətlə yanaşıram. Ola bilər ki, o komandasın psixoloji cəhətdən belə hazırlayıb. Biz də penaltilərə hazır olmalıyıq. Düşünürəm ki, təcrübəmiz yetərli olacaq. İstədiyimiz oyunu qurub, istədiyimiz nətcəni qazanarıq.

 

- Zubir sabahki oyunda oynayacaqmı?

- Komanda ilə 3 məşq edib. Oynamaq ehtimalı var. Sabah səhər məşqindən sonra tam qərar veriləcək.


Digər xəbərlər

Xəbər xətti