"Kukesi"nin (Albaniya) baş məşqçisi Armando Kunqunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la keçirəcəkləri matçdan əvvəl mətbuat konfransı təşkil olunub.
Sportarena.az xəbər verir ki, 45 yaşlı mütəxəssis oyundan əvvəl bunları deyib:
- Sabahkı oyun bizim üçün çətin olacaq. Futbol süprizləri sevən oyundur. Qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyunu uzatmalara aparmaq istəyirsiz, yoxsa məsələni 90 dəqiqədə həll etməkmi?
- Daha öncə vurğuladığım kimi, bu, futboldur. Oyuna yaxşı hazırlaşmışıq. Sabah nə baş verəcəyini görəcəyik.
- Azərbaycana səfər zamanı bir sıra problemlər yaşadız, bu, sizin oyununuza təsir edəcəkmi?
- Təbii ki, belə hallar xoş deyil. Biz bura futbol oynamaq üçün gəlmişik. Siyasi proseslərə qarışmaq istəmirik.
- İki futbolçunuzun Azərbaycanın "Keşlə" klubu ilə danışıqlar apardığ haqda xəbərlər var. Bu haqda nə deyə bilərsiz?
- Hazırda bu haqda məlumatım yoxdur. Bilmirəm, rəsmi olaraq altdan-altdan kimsə iş görə bilər, mənim bundan xəbərim yoxdur.
- İlk oyunda "Kukesi"nin ilk hücumu 70-ci dəqiqədən sonra oldu. Bakıda da belə oyun görəcəyik, yoxsa fərqli oyun nümayiş etdirəcəksiz?
- Bizi burda jurnalistlər daha çox təzyiqə salır, işimizi çətinləşdirirlər (gülür). Bizim özümüzə uyğun oyun sistemimiz var. Əsas lazım olan nəticəni əldə etməkdir.
- Məlumata görə, oyuna hazırda 15 min bilet satılıb. Bu azarkeşlərin qarşısına çıxmaq sizə çətinlik yaradacaqmı?
- Bu, bizim üçün problem deyil. İlk dəfə deyil bu qədər azarkeş qarşısına çıxırıq. Futbolçularım peşəkardır. Onlar buna hazır olmalıdır.
- "Kukesi" Albaniyanın çempionu deyil. Məlum səbəblərdən "Skenderbeu" klubunun əvəzləyicisi kimi iştirak edirsiz burda. Məğlub olsaz, bunu bir bəhanə olaraq göstərəcksiz?
- Bizim üçün Avropa kuboklarında oynamaq çətin deyil. Biz burda Albaniyanı təmsil edirik. "Qarabağ" kimi güclü komanda ilə qarşılaşacağıq.