"Şah" mövqeyini qorudu

10:45 1 Avqust 2018

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. "Şah" ləqəbli şahmatçımız hazırda 2801 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2841) 40, Fabiano Karuanadan (ABŞ, 2821) 20 xal geri qalır.

 

Qeyd edək ki, siyahıda digər şahmatçılarımızdan Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 32-ci (2711), Rauf Məmmədov 38-ci (2708) pillədə yer alıb.


Digər xəbərlər

Xəbər xətti