"Kukesi"nin prezidenti komandaya mükafat vəd verdi

13:51 1 Avqust 2018

"Kukesi"nin prezidenti Safet Qyiçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün komandaya vəd etdiyi mükafatın məbləği məlum olub.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti Ağdam təmsilçisini keçəcəkləri təqdirdə komandaya 150 min avro mükafat söz verib. Əgər "Kukesi" 3-cü təsnifat mərhələsinə vəsiqə qazansa, UEFA-dan 1 milyon 440 min avro gəlir əldə edəcək. Bunu nəzərə alan Safet Qyiçi komandaya yeni mükafat vəd edib.

 

Klub prezidenti 1-ci təsnifat mərhələsində Malta "Valletta"sını keçdiyi üçün komandaya 100 min avro mükafat vermişdi. Sözügedən mükafat bir neçə gün öncə futbolçulara təqdim edilmişdi.


Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kukesi" oyunu saat 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.


Digər xəbərlər

Xəbər xətti