"Qəbələ"nin legioneri "Kukesi"ni ziyarət etdi

15:50 1 Avqust 2018

“Qəbələ”nin yeni transferi Sabien Lilay Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıda olan “Kukesi”ni ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, klubun məskunlaşdığı otelə gedən 29 yaşlı yarımmüdafiəçi bəzi futbolçularla görüşüb. Ötən mövsüm “Skenderbeu”nun formasını geyinən Albaniya millisinin üzvü görüşdən çəkilmiş fotonu şəxsi “İnstagram” hesabında paylaşıb.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti