"Astana" mərhələ adladı, Almeyda...

10:31 2 Avqust 2018

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında (ÇL) növbəti matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən komanda Danimarkanın "Midtyulland" klubuyla qarşılaşıb. Doğma meydanda keçirdiyi qarşılaşmadan 2:1 hesabıyla qalib ayrılan Qazaxıstan təmsilçisi səfərdə qolsuz heç-heçəyə imza ataraq, növbəti mərhələyə yüksəlib.

 

"Astana"nın baş məşqçisi, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk bu oyunda Almeydanın xidmətinə ehtiyac duymayıb. Millimizin 29 yaşlı üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Əvəzində ukraynalı mütəxəssis "Qarabağ"ın digər sabiq legioneri Pedro Enrikeyə əsas heyətdə şans verərək, onu 78-ci dəqiqədə əvəzləyib.

 

"Astana" ÇL-in 3-cü təsnifat mərhələsində Zaqreb "Dinamo"suna (Xorvatiya) rəqib olub.


Digər xəbərlər

Xəbər xətti