"Sabah" Bakıda hazırlaşır

12:32 2 Avqust 2018

“Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışından qayıtdıqdan sonra iki günlük istirahətə buraxılan komanda bu gün məşqləri bərpa edib. “Sabah” axşam saatlarında “Əlincə Arena”da məşqə çıxıb.

 

“Sabah” Topaz Premyer Liqasının 1-ci turunda səfərdə “Keşlə” ilə qarşılaşacaq. Bu oyun avqustun 12-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti