"Qarabağ" - BATE cütünün pley-offdakı potensial rəqibləri məlum oldu

13:55 2 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - BATE cütünün pley-offdakı potensial rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" pley-off mərhələsinə adlasa, səpələnməmişlər səbətində yer alacaq. Ağdam klubu PSV (Hollandiya), "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə pley-offda qarşılaşa bilər.

 

"Qarabağ" - BATE cütü ilə yanaşı səpələnməmişlər səbətində “Yanq Boyz” (İsveçrə), “Malmö” (İsveç) – “Videoton” (Macarıstan), “Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya) cütlərinin qalibləri də olacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

 

"Qarabağ" III mərhələdə BATE-ni avqustun 7-də qəbul edəcək. Cavab oyunu isə avqustun 14-də "Borisov Arena"da baş tutacaq. Hər iki oyun 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti