BATE-nin futbolçusu: “Qarabağ” möhkəm komandadır”

14:38 2 Avqust 2018

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, BATE-nin kapitanı İqor Staseviç Azərbaycan çempionu ilə qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib. O, “Qarabağ”ın səviyyəli legionerlərdən təşkil olunmuş komanda olduğunu deyib:

 

“Tezlikə “Qarabağ”la oyunun hazırlığına başlayacağıq. Bu komandanın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini bilirəm. “Qarabağ” səviyyəli legionerlərdən təşkil olunmuş möhkəm komandadır. Amma düşünürəm ki, hər şey gücümüz daxilindədir”.

 

Bu komandalar arasında ilk oyun 7-8 avqustda Bakıda, cavab görüşü isə bir həftə sonra Borisovda olacaq.“Qarabağ” səviyyəli legionerlərdən təşkil olunmuş möhkəm komandadır”


Digər xəbərlər

Xəbər xətti