UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina vəzifəsindən ayrılıb.
Sportarena.az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb. UEFA-dan edilən açıqlamada 58 yaşlı sabiq hakimin şəxsi səbəblərdən vəzifəsini tərk etdiyi bildirilib. Kollinanın yerinə Roberto Rozzeti gətirilib.
Kollina 6 dəfə dünyanın ən yaxşı hakimi seçilib. O, 2010-cu ildən UEFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışırdı.