İngiltərə DÇ-2030-a ev sahibliyi etmək niyyətindədir.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Klark məlumat verib. O, bildirib ki, bu barədə müzakirələr aparılır. İngiltərə DÇ-2018-ə ev sahibliyi etmək üçün də mübarizə aparmışdı, ancaq Rusiyaya məğlub olmuşdu. DÇ-nin final mərhələsi bu ölkədə cəmi bir dəfə - 1966-cı ildə keçirilib. 1996-cı ildə isə İngiltərə Avropa çempionatını təşkil edib.
Məlumata görə, DÇ-2030-u keçirmək üçün Argentina, Uruqvay və Paraqvay da birgə ərizə ilə müraciət edəcəklər.