U-21 millimizin və “Bursaspor”un üzvü Ozan Can Kökcünün yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Türkiyənin Birinci liqasında çıxış edən “Girəsunspor” klubuna keçib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Valveyk” klubunda keçirib.