Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Sportarena.az xəbər verir ki, keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalb. 18.125 xalı olan ölkəmiz 23-cü sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.525 xalı var.