UEFA Superkubok oyununu ona həvalə etdi

12:52 3 Avqust 2018

UEFA superkuboku uğrunda oyunun hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumu İspaniyanın “Real” və “Atletiko” klubları arasında keçiriləcək bu görüşü polşalı FİFA referisi Şimon Marçinyaka həvalə edib. Ona həmyerliləri Pavel Sokolniçki ilə Tomaş Listkieviç kömək edəcək.

 

Qeyd edək ki, 2017/18 mövsümünün yekunlarına görə, “Real” Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub. Madrid klublarının dueli avqustun 15-də Estoniyanın paytaxtı “Tallin”də, “Lilleküla” stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti