"Mançester Siti” futbolçusu Qabriel Jezusla müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi.
Qeyd edək ki, 2016-cı ildən "şəhərlilər"də çıxış edən Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqada 29 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.