Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar. Təbrizin daha məşhur “Traktorsazi” klubu doğma meydanda “Nassaji Mazandaran” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
“Göstəriş” isə səfərdə “Sanat Naft Abadan” ilə üz-üzə gəlib. Təbriz klubu sonda meydanı 1 xalla tərk edib – 1:1.
İki turdan sonra hər ikisi 2 xal toplamış Təbriz komandaları 9-11-ci pillələrə şərikdilər.