“Şalke”nin futbolçudu Benediik Hövedesin “Lokomotiv”ə keçidi dəqiqləşib.
Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü bu gün Moskvaya gedib. 30 yaşlı müdafiəçi sabah Yuri Syominin rəhbərlik etdiyi komandaya qoşulacaq. Onunla 4 illik müqavilə nəzərdə tutulub. Moskva klubu bu transfer üçün “Şalke”yə 4 milyon avro ödəyib.