"Qəbələ" "Keşlə"yə qalib gəldi

23:21 4 Avqust 2018

Bu gün Topaz Premyer Liqasının 2 təmsilçisi yoxlama oyununda qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, “Keşlə” ilə “Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında üz-üzə gəlib.

 

Oyun bölgə təmsilçisinin inamlı qələbəsiylə başa çatıb. İlk qol Denis Silvanın öz qapısına vurduğu avtoqol sayəsində gerçəkləşib. Matçda son nötqəni isə sabiq klubuna qol vuran Rauf Əliyev qoyub.

 

Yoxlama oyunu

4 avqust

Keşlə - Qəbələ 0:2

Qol: Denis Silva-avtoqol. Rauf Əliyev.


Digər xəbərlər

Xəbər xətti