Futbol üzrə Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Aktobe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Almeyda da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və yenə sonadək oynayıb.
"Aktobe"nin heyətində "Qarabağ"ın digər sabiq futbolçusu Reynaldo da çıxış edib. O, 46-cı dəqiqədə oyuna daxil olub.
"Astana" 54 xalla çempionatın vahid lideridi.