Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsini tərk edib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçunun adı ötən gün İtaliyanın "Kalyari" klubu ilə keçirilən yoxlama oyunun iştirak ərizəsin daxil edilməyib. Şeydayev transfer danışıqları üçün Qara dəniz klubunu tərk edib. Onun yeni komandasının adı bəlli deyil.
Qeyd edək ki, 22 yaşlı futbolçunun xidmətində Avstriyanın "Mattersburq" klubu maraqlıdır. Bundesliqa klubu Ramili "Trabzonspor"dan icarəyə götürmək istəyir.
Əlavə edək ki, Ramil Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib.