Hollandiyalı mütəxəssis Klaren Zeedoorf Kamerun millisinin baş məşqçisi təyin edilib.
Sportarena.az xəbər verir ki, bu haqda Kamerun Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb. “Milan”, “Real” və Hollandiya millisinin sabiq futbolçusuna məşhur Patrik Klüyvert kömək edəcək.
42 yaşlı Zeedoorf bundan öncə “Milan”, eləcə də Çinin “Şençjen” və “Deportivo” klublarını çalışdırıb.