BATE Bakıya 20 futbolçu ilə gəlir - SİYAHI

11:05 6 Avqust 2018

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq BATE (Belarus) Bakıya yola düşüb.

 

Sportarena.az Belarus klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Baqa “köhlən atlar”la oyun üçün 20 futbolçunu heyətə daxil edib. Bunlardan 3-ü qapıçı, 7-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

 

"Qarabağ"la BATE arasında ilk oyun avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq.

 

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbitski;

Müdafiəçilər: 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko;

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa;

Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skavış, 24. Yasse Tuominen, 45. Vladislav Mukamedov.


Digər xəbərlər

Xəbər xətti