Almaniyada ilin ən yaxşı futbolçusu müəyyənləşdi

12:16 6 Avqust 2018

Almaniyada ilin futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, İspaniyada Madrid “Real”ının şərəfini qoruyan Toni Kroos ölkəsində ilin futbolçusu seçilib. “Kicker” nəşrinin təşkil etdiyi və 475 idman jurnalistinin qatıldığı sorğuda Toni 185 səslə birinci olub.

 

39 səs toplayan “Frayburq”un hücumçusu Nils Petersen ikinci, 38 səsə malik “Şalke”nin müdafiəçisi Naldo isə üçüncü yeri tutub.

 

Qeyd edək ki, Kroos geridə qalan mövsümdə “Real”la UEFA Çempionlar Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti