Ötən mövsüm “Bavariya”nı çalışdıran və komandaya çempionluq qazandıran Yupp Haynkes Almaniyada ilin məşqçisi seçilib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis “Kicker” nəşrinin keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayaraq, birinci olub. 91 səs toplayan Haynkes məşqçilik karyerasında 4-cü dəfə bu ada layiq görülüb.
İkinci yeri “Şalke”nin baş məşqçisi Domeniko Tedesko tutub. Ötən mövsüm “Ayntraxt”ı çalışdıran və hazırda “Bavariya”nın baş məşqçisi olan Niko Kovaç isə 3-cü olub.