Futbolçumuzun komandasından sürpriz qələbə

14:50 6 Avqust 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Rostov” geridə qalan iki turdan sonra 6 xalla “Zenit”lə birgə zirvəyə şərikdi.


Digər xəbərlər

Xəbər xətti