Hazırda Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqiblərinin adı məlum olub.
Sportarena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkatması olub. ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) ilə görüşücək “Qarabağ” bu rəqibini keçsə, pley-offda Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisi BATE səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. “Köhlən atlar”ın burdakı rəqibi isə "Şerif" (Moldova) / "Valyur" (İslandiya) cütünün qalibi olacaq.
Avroliqanın pley-off mərhələsinin oyunları avqustun 23-də və avqustun 30-da keçiriləcək.