“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE-ni (Belarus) keçsə, pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, PSV rəsmilərindən Yoost van Erp püşkün nəticəsini dəyərləndirib:
“Bizim üçün rəqibin kimliyi vacib deyil. İstənilən halda, PSV-ni çətin oyunlar gözləyir. İndiki məqamda heç bir Hollandiya klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı”.
ÇL-də pley-of mərhələsinin ilk oyunları avqustun 21- 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.\\