AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Hacıyev Avroliqanın 3-cü təsnifat mərhələsində “Zenit” (Rusiya) - “Dinamo” (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun avqustun 16-da, Sankt-Peterburq şəhərindəki Petrovski stadionunda keçiriləcək.