Aleksey Baha: "Kiminlə oynadığımızı yaxşı bilirik"

20:00 6 Avqust 2018

Çempionlar Liqası III təsnifat mərhələsində “Qarabağ” BATE ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, oyundan öncə BATE-nin baş məşqçisi Aleksey Baha oyunöncəsi mətbuat konfransında iştirak edib. O, matç haqda fikirlərini bildirib:

 

– “Qarabağ” haqda nə düşünürsünüz? Sizə uyğun rəqibdirmi?

– “Qarabağ” təcrübəli güclü komandaadır. Çempionlar Liqası qrup mərhələsi təcrübələri var. Komandaya Qurban Qurbanov kimi mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Ancaq şansları bərabər sayıram.

 

– Azərbaycana səyahət komandaya nə dərəcədə təsir edəcək?

– Avrokubolarda iştirak edən komandalar buna hazır olmalıdır. Bu normal hadisədir. Səfərlər uzun olur. Bu səfərlər heç bir əks-təsir göstərməyəcək.

 

– HİK-lə oyuna barmaqarası yanaşırdınız, yoxsa BATE-nin bacardığı bu idi?

– Dediyinizin heç biri. Rəqib güclü idi. Bir çox qol epizodlarından istifadə edə bilmədik. Cavab oyununda istədiyimizi etdik.

 

– Rəsmi saytda olan sorğuda azarkeşlərinizin bir hissəsi “Qarabağ” səddini keçə biləcəyinzə inanmır?

– Bizim rəsmi saytda elə sorğu olmayıb.

 

– “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk oyunun Bakıda keçirilməsi BATE üçün üstünlük olduğunu deyib. Bununla razılaşırsız?

– Bu barədə söz demək çətindi. “Qarabağ”ın kapitanı da təcrübəli futbolçudu. Onunla razılaşmamaq düzgün deyil.

 

– “Qarabağ”ın ötən mösüm ÇL-daki oyunlarını izləmisinizmi?

– Hamısını. İşimiz budur.

 

– Həmin oyunlardaki hansı “Qarabağ”la oynamaq istəməzdiniz?

– “Qarabağ ötən turnirdə Avropanın ən nüfuzu turnirində iştirak edirdi. Ona görə də çətin sualdı. Komanda çempionata yaxşı hazırlaşmışdı.

 

– Aftandil Hacıyev və Ayxan Abbasovla birlikdə PRO kateqoriyalı dərslərdə olmusunuz. Onlardan hər hansı məlumat əldə etmisinizmi?

– Əlaqə saxlamışam, ancaq tamamilə başqa mövzuda danışmışıq. Tədris vaxtı bizə futbol kifayət edib.

 

– “Qarabağ” məğlub olsa, bizim üçün sürpriz olacaq, bəs BATE məğlub olsa, sizin üçün bu nəticəni sürpriz saymaq olar?

– Biz də məğlub olsaq, sürpriz olacaq. Maksimum oyuna hazırlaşmalıyıq.

 

– PSV ilə qarşılaşacağınızı bildikdən sonra motivasiyanız azaldı, yoxsa necə?

– Bu haqda danışmaq çox tezdi.

 

– Belarus çempionatı davam edir. Bu sizin üçün üstünlükdürmü?

– Həm hə, həm yox. “Qarabağ” da keyifyyətli oyunlar keçirib. Yaxşı formadadılar. Ona görə də, bu haqda danışmaq çətindi.


Digər xəbərlər

Xəbər xətti