Qurban Qurbanov: "Qol epizodları varsa, bundan istifadə etmək lazımdı"

21:08 6 Avqust 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə ilk matçdan əvvəl media nümayəndələri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı jurnalistlərlə görüşdə bunları deyib:

 

- Çox vacib oyuna çıxırıq. Avrokuboklarda böyük təcrübəyə malik komanda ilə qarşılaşacağıq. Nəticəyə oynamağı bacaran komandadı. Komanda şəklində yaxşı hazırlaşmışıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, o qədər də rəqib istəyir. Çalışacağıq ki, səhvsiz oynayaq.

 

- BATE sizə sabahkı oyunda hansı üstün cəhətinə görə çətinlik yaradar?
- İntizamlı oyun üslübları var. Rahat şəkildə müdafiə olunmağı və hücum etməyi bacarırlar. Bu, bizə bir az çətinlik yaradacaq.

 

- BATE-nin liqada və Avropada oyunlarını izləmisiniz, nə fərqlər var?
- İstər-istəməz Çempionlar Liqasında oyunçuların motivasiyası başqadı. Liqada rəqibləri yaxından tanıyırlar. Buna görədə çox güc sərf etməyərək qələbə qazana bilərlər. Biz çempionat oyunlarına aldanmamalıyıq. ÇL-də mübarizə fərqlidi.

 

- “Qarabağ” artan qrafiklə mübarizə aparır. Komandanın zamana ehtiyacı varmı?
- Komandaya yeni qoşulan futbolçular var. Onlar komandaya tam uyğunlaşmalıdı.

 

- BATE-nin baş məşqçisi qeyd etdi ki, “Qarabağ”a məğlubiyyət sürpriz olacaq. Buna münasibətiniz necədi?
- Buna fikir verməsək, yaxşı olar. Hər komanda oyunlara başqa motivasiya ilə hazırlaşır. Onların necə hazırlaşdıqlarını bilmirik. Bunun üçün münasibət bildirmək düz olmaz.

 

- BATE ilə oyunda necə bir heyət görəcəyik? Rəşad oynayacaqmı? Hansı dəyişikliklər gözlənilir?
- Mən əvvəlcədən heyət demirəm. Sabah hər bir oyunçunun oynamaq ehtimalı var. Son məşqdən sora qərar verəcəyik.

 

- İlk oyunu səfərdə keçirən komanda üstün tərəf olur. İlk oyun üçün əsas hədəf nədi?
- Son zamanlarda belə fikirlər azalıb. Görürük ki, ilk oyunda məğlub olan komanda səfərdə qalib gəlir. Maksimum çalışıb qalib gəlmək istəyirik. Ən azından qol buraxmamaq vacibdi. İkinci oyunda biləcəyik ki, ilk oyunun nəticəsi bizə sərf edir, ya yox. Qalib gəlmək fikri ilə hazırlaşırıq.

 

- Son oyunlarda BATE səfərdə daha yaxşı oynayır. Buna münasinətiniz necədi?
- Bəli, düzdü. Ancaq mən bildirdim ki, ilk oyuna görə hansısa qərar vermək düzgün olmaz. Qalib tərəf 2 oyunun nəticəsində bilinəcək.

 

- BATE "Qarabağ"ın bütün oyunlarını izləyib və yaxşı tanıyır. 1 həftə sizin üçün yetərli məlumat toplamağa bəs etdimi?
- Qiyabi olaraq mən fikrimi bildirmişdim ki, rəqib haqda məlumatım yoxdu. Lakin onların keçən mövsüm oyunlarını da izləmişəm. Son oyunlarını izləməmişdim. Lakin onlarla qarşılaşacağımızı bildikdən sonra yetərli məlumat almışıq.

 

- "Qəbələ" əvəzedicilərlə oynamaqdan imtina etdi. "Qarabağ" da əvəzedicilərin çempionatından imtina edəcəkmi? 
- Biz iştirak edəcəyik. Heç bir kluba qarşı hər hansı neqativ fikir bildirmərik. Onlar da neçə ildi Azərbaycan futbolunun inkişafında böyük addımlar atıblar.

 

- İsveçdə yaşayan dostlarımız hakimlər haqqında məlumatlar alıb. Bəzən bu hakimlər səhvlər edib. Buna qarşı ehtiyyatınız varmı?
- Bizim "İnter"lə oyunda edilən səhvdən daha faciəli səhv bəlkə də olmaz. Hakimin qərarlarına hörmətlə yanaşmalıyıq. Bununla bağlı fikir bildirmək istəmirəm. Onlara uğurlar arzulayıram.

 

- Düşünmək olarmı ki, "Qarabağ" “Kukesi” ilə oyunda gücünü bu matça saxladı?
- Xeyr. Hər oyun daha yaxşı oynayıb qələbələr qazanmaq istəyirik.

 

- BATE-nin əvvəlki oyunlara nisbətən zəiflədiyini düşünürsünüzmü?
- Komanda buraya qədər gəlirsə, onlar haqda belə düşünmək düz olmaz. Səhv etmirəmsə, klub olaraq boşuna deyil ki, son 10 ildə 4 dəfə qruplarda mübarizə aparıb. Bu, az deyil. İldən ilə futbol dəyişir, bəzi komandalarda oyun üslubü dəyişir. 2-3 oyunçu var ki, onların qarşısını almalıyıq.

 

- Finlandiya təmsilçisini keçdikdən sonra Belarus mətbuatı onları qınadı. Ölkəsinin inanmadığı kluba güclü demək nə dərəcə düzdü?
- Əsas nəticədi. Bir neçə nəfər bu fikri bildirə bilər. Ancaq mərhələni keçiblərsə, əsas olan budu. BATE öz meydanında da çoxlu qol epizodlarından yararlana bilməmişdi.

 

- Emeqaranın olduğu oyunda belə "Qarabağ" qol vurmaqda çətinlik çəkir. Bununla bağlı bir tədbirlər görürsüzmü?
- Qol epizodları varsa, bundan istifadə etmək lazımdı. Qol vurmaq kənardan asan görünə bilər. Əvvəl də qeyd etdiyim kimi, biz futbolçuların qol vurmaq potensialını artırmaq üçün çalışırıq.


Digər xəbərlər

Xəbər xətti