Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, mərhələnin ilk oyununda Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Astana” doğma meydanda Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.
Azərbaycan çempionu “Qarabağ”ın evdə BATE ilə qarşılaşdığı gündə bütövlükdə 7 qarşılaşma baş tutub. Ağdam klubu kimi, qardaş ölkə Türkiyəni bu turnirdə təmsil edən “Fənərbaxça” da “Benfika” ilə oyunda minimal hesabla məğlub olub.
UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
7 avqust
Astana (Qazaxıstan) - Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qarabağ (Azərbaycan) - BATE (Belarus) 0:1
Malmö (İsveç) - Videoton (Macarıstan) 1:1
Slaviya (Çexiya) - Dinamo (Kiyev, Ukrayna) 1:1
Standard (Belçika) - Ayaks (Hollandiya) 2:2
Srvena Zvezda (Serbiya) - Spartak (Trnava, Slovakiya) 1:1
Benfika (Portuqaliya) - Fənərbaxça (Türkiyə) 1:0