AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Mehtiyeva Avroliqanın 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) - “Valyur” (İslandiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Matç avqustun 9-da, saat 20:00-da “Şerif” stadionunda keçiriləcək.
“Qarabağ” BATE səddini keçə bilməsə, Avroliqada rəqibi "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi olacaq.