“Qarabağ” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində BATE-ni (Belarus) qəbul edəcək.
Sportarena.az xəbər verir ki, BATE-nin təcrübəli futbolçusu Aleksandr Qleb bu oyunla bağlı ölkəsinin mətbuatına açıqlama verib:
"Bakıya sərfəli nəticə üçün gəlmişik. Düşünürəm ki, hər iki komandanın şansları bərabərdir. Rəqibimizin yaxşı, oynamağı bacaran komanda olduğunu bilirik. Asan olmayacağını düşünürəm. Ancaq istənilən halda, hər şey özümüzdən asılıdır”.
"Qarabağ" - BATE oyunu saat 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Borisovda keçiriləcək.