“Napoli”nin prezidenti Aurelio De Laurentis komandasının ev oyunlarını keçirdiyi stadionun tualetə bənzədiyini deyib.
Sportarena.az xəbər verir ki, klub prezidenti şəhər bələdiyyəsinin stadionlarını yeniləmək üçün onlara kömək etmədiyini bildirib. Laurentis İtaliya mətbuatına açıqlamasında bunları deyib:
“Stadionumuz “San Paolo”nu yeniləmək lazım olduğunu deməkdən yoruldum. Lakin bu məsələdə heç bir şey edilmir. Stadionumuz inkişaf etməkdənsə, get-gedə tualetə oxşayır”.
“Napoli”nin ev oyunlarını keçirdiyi “San Paolo” stadionu 1959-cu ildə inşa edilib və 60 min 240 nəfərlik tutuma malikdir