BATE-nin oyunu təxirə salındı - "Qarabağ"a görə

13:15 7 Avqust 2018

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olacaq BATE-nin Belarus kubokundakı görüşü təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 1/8 finalda Borisov təmsilçisi ilə görüşməli olan “Qorodeya”nın “twitter” səhifəsi məlumat yayıb. Avqustun 11 və ya 12-də baş tutmalı olan oyun başqa tarixdə keçiriləcək.

 

Kubok matçı ilə bağlı dəyişikliyin BATE-nin avqustun 14-də evdə “Qarabağ”la keçirəcəyi oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə olduğu bildirilir.

 

“Qarabağ” avqustun 10-da Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Zirə”ni qəbul edəcək. “Köhlən atlar” həmin oyunun təxirə salınması ilə bağlı hələ ki, Peşəkar Futbol Liqasına müraciət etməyib.


Digər xəbərlər

Xəbər xətti