"Qarabağ" şokda - Kintana sıradan çıxdı

01:36 8 Avqust 2018

“Qarabağ” ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Dani Kintana sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi BATE ilə oyundan bir gün öncə keçirilən məşq zamanı zədələnib. Bu səbəbdən o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarus klubu ilə keçirilən görüşü buraxmalı olub.

 

Dizindən zədələnən yarımmüdafiəçi əməliyyat olunacaq. Onun meydanlara nə vaxt qayıdacağı isə məhz bundan sonra bilinəcək.

 

Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyununu da buraxmışdı.


Digər xəbərlər

Xəbər xətti