ATE-nin futbolçusu Aleksandr Qleb Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Matçı necə dəyərləndirərdiniz?
- Prinsipcə, gözlədiyimiz oldu. "Qarabağ" texnikalı komandadır, ilk yarıda bərabər oyun getdi. Belə demək mümkünsə, rəqibi özündənrazılığa görə cəzalandırdıq. Fikrimcə, həmin epizodda "Qarabağ"ın futbolçusu konsentrasiyasını bir qədər itirdi. Gözəl oynamaq istəsə də, biz topu ələ keçirərək qol vurduq. Sonradan isə hesabı qorumaq üçün oynamağa başladıq.
- Nəyə görə hesab edirsiniz ki, Rəşad Sadıqov səhvə yol verdiyi epizodda özündənrazı davrandı?
- Bilmirəm, sadəcə, elə göründü ki, məqsədli şəkildə belə etdi. Adətən, sonuncu müdafiəçilər etibarlı və özlərinə əmin halda çıxış edirlər. Həmin epizodda da elə oynamaq istədi. Biz isə topu ələ keçirərək, rəqibi cəzalandırdıq.
- Yaxşı, texnikalı komandadır. Çoxlu texnikalı futbolçuları var. Lakin hər şey Belarusda həll olunacaq.
- Düşünmürsünüzmü ki, elə də inamlı hesab sayılmayan 1:0-lıq nəticə ilə əlaqədar komandanızda gərginlik olacaq?
- 1:0 hesablı qələbəni səfərdə qazanmışıq. Ona görə də evdə həmişəki kimi adi qaydada çıxış edəcəyik.
- Bakıda ilk dəfə olurdunuz?
- Bəli. Burada hər şey xoşuma gəldi. Şəhər inanılmaz dərəcədə gözəldir.