"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salınır?

10:16 8 Avqust 2018

“Qarabağ” Topaz Premyer Liqanın ilk turunda “Zirə”yə qarşı keçiriləcək oyunun təxirə salınmasını istəyir. 

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov BATE ilə oyunsonrası (0:1) mətbuat konfransında bununla bağlı deyib: 

 

“Açığı, belə fikrim yox idi. Amma bu görüşdən sonra belə qərara gəldik. PFL və "Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar”.

 

Qeyd edək ki, “Qarabağ” “Zirə” ilə avqustun 10-da qarşılaşmalı idi.


Digər xəbərlər

Xəbər xətti