"Beşiktaş"dan "Borussiya"ya təklif

14:18 8 Avqust 2018

“Beşiktaş” yaponiyalı futbolçu Şindzi Kaqava üçün təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, “qara qartallar” Kaqava üçün “Borussiya”ya (Dortmund) 5 milyon avroluq təkliflə müraciət edib. Almaniya klubunun yapon futbolçu üçün 7 milyon avro istədiyi bildirilir. Lakin İstanbul təmsilçisinin futbolçunun sonrakı satışından 10 faiz gəlir təklif etməsi “Borussiya”nı düşünməyə vadar edib.

Kaqava 2014-cü ildən “Borussiya”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti