Rusiyada baş tutan DÇ-2018-də, 45 yaş 161 günlüyündə meydana çıxaraq, kolumbiyalı Fərid Mondraqona aid olan dünya çempionatlarının ən yaşlı qapıçısı (43 yaş, 3 gün) ünvanını ələ keçirən misirli qolkiper Essam Əl-Hadari, yığma karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, 45 yaşlı "çərçivə qoruyucusu" vida mesajında "22 il, 4 ay, 12 gündən sonra əlcəklərimi asmaq zamanı gəlib. Yığmada görülməmiş uğurların bir parçası olduğum üçün qürur duyuram" ifadələrini işlədib.