"Milan" "Çelsi"nin futbolçusunu istəyir

11:16 9 Avqust 2018

“Çelsi”nin futbolçusu karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, fransız yarımmüdafiəçi Temue Bakayoko “Milan”a keçə bilər. Bu barədə İtaliyanın “Sky İtalia” nəşri məlumat yayıb. Milan təmsilçisinin 23 yaşlı futbolçunu icarəyə götürəcəyi bildirilir.

 

Xatırladaq ki, London klubuna keçən yayda “Monako”dan transfer olunan Bakayoko, “zadəganlar”ın heyətində ilk qolunu ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a vurub.


Digər xəbərlər

Xəbər xətti