Latın Amerikasının bir neçə böyük media şirkətinə qarşı ittiham irəli sürülüb.
Sportarena.az xəbər verir ki, şirkətlər rüşvət verməkdə ittiham olunurlar. “Televisa”, “O Globo”, “Torneos” media şirkətləri FİFA üzvlərini rüşvətlə ələ almaqda şübəhli bilinirlər. Məlumata görə, bu şirkətlər DÇ-2026 və DÇ-2030-un yayım hüququna sahib olmaq üçün qeyri-qanuni vasitələrdən yararlanmağa cəhd göstəriblər.
Nyu-York Federal Məhkəməsində qaldırlan iddiadan bəlli olur ki, şirkətlər yayım hüququna sahib olmaq üçün FİFA məmurlarına 15 milyon dollar təklif ediblər.
Məhkəmənin işə nə vaxt baxacağı ilə bağlı məlumat verilmir.