"Zaltsburq"un baş məşqçisi: "Əliyar Ağayev ümumilikdə oyunu yaxşı idarə etmədi"

14:48 9 Avqust 2018

Avstriyanın "Zaltsburq" klubunun baş məşqçisi Marko Rouz açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı almaniyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya 3:0 hesablı qalib gəldikləri oyundan sonra oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyi haqda danışıb. Mütəxəssis Ağayevi yanlış qərarda günahlandırıb:

 

"Azərbaycanlı hakim ümumilikdə oyunu yaxşı idarə etmədi, çox ləng idi. Yunusoviçin qırmızı vərəqə aldığı epizodla bağlı fərqli qərar da vermək olardı, amma çox danışmaq istəməzdim. Cavab matçında onu əvəz edəcək futbolçularımız var".

 

Qeyd edək ki, Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb. O, "Zalsburq"un futbolçusu Zlatko Yunusoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 


Digər xəbərlər

Xəbər xətti