FİFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) - “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) - “Bordo” (Fransa) qarşılaşmasının qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.