2018/2019 mövsümündə Azərbaycan birinci divizionunda mübarizə aparacaq klublar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, turnirdə 14 komanda iştirak edəcək. Bunlar "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan”, MOİK, "Turan Tovuz”, "Ağsu”, "Zaqatala”, "Səbail” -2, "Zirə -2", "Qarabağ -2", "Keşlə -2", "Sumqayıt - 2”, "Neftçi - 2” və "Sabah -2”dir.
Qeyd edək ki, birinci divizonun püşatma mərasimi sabah saat 13:00-da başlayacaq.