“Bavariya” yoldaşlıq matçında həvəskar liqa təmsilçisi “Rottax-Eqern”lə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi zəif rəqibini 20:2 hesablı tarixi nəticə ilə darmadağın edib. “Bavariya”nın heyətində Kinqsli Koman, Levandovski, Vaqner və Franzke het-trik edib. Tomas Müller, Xames isə dubla imza atıb. Tiaqo Alkantara, Rudi, Riberi və Kimmix də hərəyə 1 dəfə fərqlənməyi bacarıblar.