İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyə yığmasının üzvü Çağlar Söyüncünü heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyanın “Frayburq” klubundan transfer edilən futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatının iddiasına görə, “Lester Siti” Almaniya klubuna 21 milyon avro təzminat ödəyəcək.
Söyüncü geridə qalan mövsümdə “Frayburq”la 30 oyuna çıxıb. 22 yaşlı futbolçu Bundesliqa təmsilçisinə 2016-cı ildə Türkiyənin “Altınordu” klubundan transfer edilmişdi. Bu üzdən də “Lester Siti”nin ödəyəcəyi transfer məbləğinin 25 faizi məhz müdafiəçini yetişdirən Türkiyə klubuna çatacaq.