"Tottenhem" Premyer Liqanın tarixinə düşdü

12:21 10 Avqust 2018

İngiltərənin “Tottenhem” klubu Premyer Liqanın tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi bu turnirin tarixində indiyə qədər yay transfer pəncərəsi dövründə heç bir yeni oyunçu almayan ilk kluba çevrilib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

 

Qeyd edək ki, bu gün İngiltərədə 2018/19 mövsümünə start veriləcək. Ötən gün isə bu ölkədə “transfer pəncərəsi” rəsmən bağlı elan olunub. “Tottenhem” isə yay “transfer pəncərəsi” açılandan son günə kimi heyətinə heç bir yeni oyunçu cəlb etməyib. Klubun əsas transfer siyasəti heyətdəki oyunçularla yeni müqavilə bağlamaq və onları komandada saxlamaqdan ibarət olub.

 

“Tottenhem”dən fərqli, bu yay İngiltərədə yay transfer dönəminin ən fəal klubu “Liverpul” olub. Bu klub yeni oyunçuların alınmasına 164 milyon avro xərcləyib. Onları bu baxımdan “Çelsi” (123,3 milyon), “Vest Hem” (89,5), "Arsenal" (71,1) və "Fulhem" (69,4) izləyir.

İngiltərənin “Tottenhem” klubu Premyer Liqanın tarixinə düşüb.

Komanda.az xəbər verir ki, London təmsilçisi bu turnirin tarixində indiyə qədər yay transfer pəncərəsi dövründə heç bir yeni oyunçu almayan ilk kluba çevrilib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qeyd edək ki, bu gün İngiltərədə 2018/19 mövsümünə start veriləcək. Ötən gün isə bu ölkədə “transfer pəncərəsi” rəsmən bağlı elan olunub. “Tottenhem” isə yay “transfer pəncərəsi” açılandan son günə kimi heyətinə heç bir yeni oyunçu cəlb etməyib. Klubun əsas transfer siyasəti heyətdəki oyunçularla yeni müqavilə bağlamaq və onları komandada saxlamaqdan ibarət olub.

“Tottenhem”dən fərqli, bu yay İngiltərədə yay transfer dönəminin ən fəal klubu “Liverpul” olub. Bu klub yeni oyunçuların alınmasına 164 milyon avro xərcləyib. Onları bu baxımdan “Çelsi” (123,3 milyon), “Vest Hem” (89,5), "Arsenal" (71,1) və "Fulhem" (69,4) izləyir.


Digər xəbərlər

Xəbər xətti