Ərdoğan Ramili təbrik etdi

15:33 10 Avqust 2018

Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev qazandığı uğur barədə danışıb

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz xoşbəxt olduğunu bildirib:

 

"Çox xoşbəxtəm. Avropa çempionatında rekord göstərici oldu. Ancaq Avropa rekordu qırmaq istəyirdim. İnşallah, o da olar. Bir neçə yarışımız daha var. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadada medal qazanmaq istəməsin. Biz də çox istəyir və çalışırıq. 2020-ci il Tokiyo Yay Olimpiya Oyunlarından medallarla dönəcəyimizə inanırıq”.

 

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın turnirdən sonra ona zəng etdiyini bildirib:

 

"Məni təbrik etdi. Bizdən 4x100 metrə bayraq yarışında da medal gözlədiyini söylədi. İnşallah, bunu da edərik. Bizə olan diqqəti üçün prezidentə təşəkkür edirəm”.


Xəbər xətti