Avstriyada yerli "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, AEK 2-0 öndə olarkən, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib. 40 dəqiqə sonra bərpa edilən oyunda əlavə qol olmayıb.
"Sturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. İnsidentin səbəbkarının saxlanılıb.